Ordumuzun genişmiqyaslı təlimləri başlayır
16:06 16 Sentyabr 2017
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.
Femida.az-ın Müdafiə Nazirliyin saytına istinadən verdiyi məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.
Təlimlərin müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də istifadəsilə döyüş atışlarının keçirilməsi nəzərdə tutulur.
Təlimlər sentyabrın 22-dək davam edəcək.
Femida.az
Oxunub: 1528
Oxşar xəbərlər
- Ordumuzun snayperləri atışa çıxdı - FOTOLAR
- Ordumuzun itləri: Onlara erməni dili də öyrədiləcək – REPORTAJ (FOTO+VİDEO)
- Ordumuzun təlimindən FOTOLAR
- Ordumuzun təlimləri Ermənistanı silkələdi
- Ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı təsis olunub
- Ordumuzun ermənilərə ağır zərbəsinin görüntüləri - VİDEO
- Ordumuzun100 illiyi əbədiləşdirilir
- Ordumuzun 8 itki verməsi iddialarına - Nazirlikdən cavab
- Ordumuzun şərəfinə yeni medal təsis olunur
- Ordumuzun təlimləri davam edir - FOTOLAR