Ordumuzun təlimləri Ermənistanı silkələdi


02:36     27 Oktyabr 2017 dagidici2017120134534534_1509025317_1509042642.jpg

Tavuş vilayətinin İcevan rayonun Ayqehovit kənd sakinləri oktyabrın 25-də gün boyu beş altı dəfə güclü partlayış səsləri eşitdikləri barədə həyəcanlı məlumat veriblər.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, partlayışların səsi Berd rayonu və vilayətin sərhədyanı digər kəndlərində də eşidilib.

Kəndlərə ziyan dəymədiyini deyən ermənilər hər şeyin Azərbaycanın ərazisində baş verdiyini bildiriblər.

Sərhədyanı yaşayış məntəqələrinin sakinləri həmin ərazidə Azərbaycan ordusunun yeni və daha güclü silahlarının sınaqdan keçirildiyini qorxu içində deyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 3395