NATO hərbçisi terrorun qurbanı oldu


18:10     16 Sentyabr 2017 Afghan_village_patrol.jpg

Əfqanıstanın cənubunda NATO hərbçilərinə `Taliban` qüvvələrinin hücumu olub.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Əfqanıstanda fəaliyyət göstərən missiyası məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində 1 nəfər Rumıniya hərbçisi həlak olub, daha 2 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Qəndahər aeroportu yaxınlığında avtomobilin partladılması barədə xəbər yayılmışdı. İlkin məlumata görə, 3 və ya 4 hərbçinin yaralanıb.

Xatırladaq ki, hücumla bağlı məsuliyyəti Taliban öz üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1079