Oğuzda 4 otaqlı ev yandı


12:57     19 Sentyabr 2017 yangin%20femida.jpg

Oğuzda yanğın qeydə alınıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Oğuz rayonu, Xaçmaz kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı kürsülü evin mətbəxinin tavanı 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 756