Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var


01:45     03 Noyabr 2017 caqqal.jpg

Oğuz rayonunda çaqqal insanlara hücum edib.


Hadisə rayonun Xaçmaz kəndində qeydə alınıb.
Belə ki, həyətlərdən birinə soxulan yırtıcı 33 yaşlı Aynur İmdad qızı İbrahimovanı qolundan və ayağından yaralayıb. Çaqqal qadının səsinə gələn qonşulara da xəsarətlər yetirib.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.(Report)

Açar sözlər:

Oxunub: 1053