Ələt-Astara yolunda ağır qəza - 4 qadın öldü (YENİLƏNİB)


02:26     20 Sentyabr 2017 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib20.jpg

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.


Hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib.

Ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub. Bunlar soyadları və təvəllüdləri hələ ki, məlum olmayan Vəfa, Gilas, Arzu və Sevincdir. Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib

Xəsarət alanlardan isə iki nəfərin kimliyi bəlli olub.

Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 2820