Deputatlarımız xaricə gedir
21:30 30 Sentyabr 2017
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.
Milli Məclisdən Femida.az -a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, Tahir Mirkişili daxildirlər.
Tədbirdə “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər” mövzusunda müzakirələr aparılacaq. Toplantı iştirakçıları kibertəhlükəsizlik, iqlim dəyişikliyinin yaratdığı problemlər, habelə sabitliyin və inkişafın təminatı baxımından təhsilin təşviqi barədə fikirlərini bölüşəcəklər.
Parlament nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumuna da qatılacaqlar. Yığıncaqda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələyə baxılacaq.
Milli Məclis Sədrinin müavini Bahar Muradova və deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər oktyabrın 7-də başa çatacaq.
Femida.az
Oxunub: 1054
Oxşar xəbərlər
- Deputatlarımız Moskvaya gedir
- Deputatlarımız Fransaya gedir
- Deputatlarımız AŞPA-nın sənədlərinə etiraz edib
- Deputatlarımız Qırğızıstanda prezident seçkilərini izləyir
- Deputatlarımız Strasburqa gedir
- Deputatlarımız NATO PA-nın sessiyasına qatılacaq
- Deputatlarımız Parisə gedir
- Deputatlarımız Koreyaya gedir
- Deputatlarımız Strasburqa gedir
- Deputatlarımız Qazaxıstana gedir