Türkiyənin təyyarəsi quş dəstəsi ilə toqquşdu


18:39     01 Oktyabr 2017 image026.jpeg

İstanbul-Brüssel uşuşunu həyata keçirən təyyarə quş dəstəsi ilə toqquşub.

Femida.az xəbər veri ki, hadisə nəticəsində təyyarənin mühərrikinə ziyan dəyib.

Təyyarə dərhal geri dönərək hava limanına enib və sərnişinlər təxliyə edilib. Türkiyə Hava Yollarına məxsus A321 təyyarəsi bu gün səhər saat 08:00-da havaya qalxmışdı. Havaya qalxdıqdan bir müddət sonra təyyarə gözlənilmədən quşlarla toqquşub. Özünü itirməyən pilot dərhal geri dönüş üçün Atatürk hava limanına enib.

Sərnişinlər təxliyə edildikdən 2 saat sonra başqa bir təyyarə ilə Brüsselə yola salınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 849