Türkiyənin yetişdirdiyi suriyalı qadın polislər - FOTOLAR


15:18     30 Noyabr 2017 kadin%20plis23.jpg


Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən yetişdirilən suriyalı qadın polislər "Fırat Qalxanı" bölgəsində terror təşkilatları olan İŞİD və YPG-yə qarşı qorxmadan savaşırlar.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən hazırlanan Suriya Polis Qüvvələri və Milli Təhlükəsizlik İdarəsinə bağlı qadın polislər "Fırat Qalxanı" bölgəsində təhlükəsizliyin və sabitliyin saxlanılmasında mühüm rol oynayırlar. Onların protokol, asayişi qoruma, yaxından təqib, silahla davranış, qaynar qarşıdurma və terrorla mübarizə kimi təlimlərdən keçdiyi bildirilir.



Qadın polislər terrorla mübarizədə kişi həmkarlarıyla birgə çalışırlar. 5 min nəfərlik təhlükəsizlik təşkilatı içərisində sayları az olan qadın polislər bu işi pul üçün deyil, vətənlərini sevdiyi üçün etdiklərini deyiblər.




Hələbin Türkiyə ilə sərhəddə olan qəsəbəsi Çobanbəy Təhlükəsizlik İdarəsinin mayoru Firaz Şıx Məhəmməd bildirib ki, qadın polisləriin xidmətə başlayandan bəri bölgədə İŞİD, YPG kimi terror təşkilatlarının üzvü olan 30-a yaxın qadın terrorist yaxalanıb.










Femida.az

Açar sözlər:

Oxunub: 2511