Səfir etimadnaməsini prezidentə təqdim edib
16:34 03 Oktyabr 2017
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Respublikasının Prezidenti Orasio Kartesə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Paraqvay Prezidentinə çatdırıb.
Prezident O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüşdə diplomat Prezident O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident O.Kartes səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Femida.az
Oxunub: 838
Oxşar xəbərlər
- Səfir Azərbaycanı tərk edir
- Səfirlik maşını qəzaya düşdü
- Səfir: Qarabağ münaqişəsinin həlli yetişib
- Səfirlik və konsulluqlara pul ayrılacaq - Büdcə layihəsi parlamentdə
- Səfirimiz etimadnaməsini təqdim etdi
- Səfirimiz baş katiblə görüşüb
- Səfir Qarabağ və Qüds problemini müqayisə etdi
- Səfirimiz etimadnaməsini təqdim edib
- Səfirlik maşını qəzaya düşdü
- Səfirlik maşını Bakıda qəzaya düşdü