Fikrət Məmmədov qəbul keçirəcək


21:20     03 Oktyabr 2017 fikret%20m.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 6-da ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Tərtər rayonunda vətəndaşların qəbulu keçiriləcək.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Tərtər rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Tərtər şəhəri, Nizami küçəsi) keçiriləcək qəbulda Tərtər, Bərdə və Ağdam rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti 77; əlaqə telefonu: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Tərtər rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Femida.az

Açar sözlər:

Oxunub: 786