Prezidentlər danışıqları bərpa etməyə hazırdırlar - Bəyanat


21:19     07 Oktyabr 2017 eliyevle%20sarkisyan%20yeni.Jpeg

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan yeni həmsədr Endrü Şofer regiona səfərinin yükunlarına dair bəyanat yayıblar.

Femida.az-ın məlumatına görə, bəyanatda deyilir ki, həmsədrlər oktyabrın 6-da İrəvanda prezident Serj Sarkisyan, 7-də isə Bakıda prezident İlham Əliyevlə görüşlər keçiriblər:

Qeyd olunub ki, hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər: “Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər”, - vasitəçilərin bəyanatında deyilir.

Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 964