`Makler`in aldatdığı 83 yaşlı qadın məhkəməyə belə gətirildi - FOTO


23:27     09 Oktyabr 2017 22407433_1490651764345286_403466055_n4.jpg

83 yaşlı Zibeydə Qəmbərovanın ev alqı-satqısı zamanı aldadılması və bu səbəbdən də məhkəməyə müraciət etməsi barədə məlumat vermişdik.Femida.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Elşanə Vəliyevanın sədrliyi ilə işə baxılıb.Bu barədə məlumatı Zibeydə Qəmbərovanın vəkili Ruhiyyə İsayeva verib.


“ Mən Zibeydə xanımın dövlət hesabına təyin edilmiş vəkiliyəm.Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bu gün qadının məhkəmə prosesinə gətirilməsində böyük çətinlik yaşadım. Onun ayaqlarında ciddi problem var.Məhkəmənin binasını qalxa bilmirdi. Çox sağolsunlar ki, məhkəmə işçiləri onun zala qaldırılmasına köməklik göstərdilər. Biz hamımız məhkəmədən ədalətli qərar gözləyirik.”

Xatırladaq ki, Zibeydə Qəmbərova Azərbaycanın tanınmış geoloqlarından olub.Onun həyatı ilə bağlı hazırladığımız geniş reportajı BURADAN oxuya bilərsiniz.





Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6134


Oxşar xəbərlər