Gömrükçülər 37 ədəd fişəng aşkarladı
19:54 11 Oktyabr 2017
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin 4 qapısının hər birinin örtüklərinin arxasından üzərində "Mega Black Devil P23" sözləri yazılan və hər birində 40 ədəd olmaqla 36 qutu pirotexniki vasitə- petarda, üzərində "Sterminator" sözləri yazılan hər birində 12 ədəd olmaqla 37 qutu fişəng aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 698
Oxşar xəbərlər
- Gömrükçülər ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısını alıb
- Gömrükçülər müdhiş fırıldağın üstünü açdı
- Gömrükçülər metadon məhlulu aşkarlayıb
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülərdən `Winston` əməliyyatı
- Gömrükçülər zərgərlik məmulatı aşkar edib
- Gömrükçülər İran vətəndaşını saxlayıb
- Gömrükçülər üçün növbəti milli seminar keçirilir
- Gömrükçülər 23 ədəd mobil telefon müsadirə edib