Gömrükçülər müdhiş fırıldağın üstünü açdı
16:03 06 Dekabr 2017
Gürcüstandan Azərbaycana gələn şəxsdə 18 qutu pirotexniki vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 2101" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətinə mütləq bəyan edilməli olan və ya gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.
Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin alt hissəsindən gömrük nəzarətindən gizlədilən üzərində "BIG SILVER CRACKER" sözləri yazılan 18 qutu pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1013
Oxşar xəbərlər
- Gömrükçülər ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısını alıb
- Gömrükçülər metadon məhlulu aşkarlayıb
- Gömrükçülər 37 ədəd fişəng aşkarladı
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülərdən `Winston` əməliyyatı
- Gömrükçülər zərgərlik məmulatı aşkar edib
- Gömrükçülər İran vətəndaşını saxlayıb
- Gömrükçülər üçün növbəti milli seminar keçirilir
- Gömrükçülər 23 ədəd mobil telefon müsadirə edib