Şəmkir sakini bıçaqlanıb


22:30     11 Oktyabr 2017 1351597684_bicaqlama_7_700x3904.jpg

Şəmkirdə bıçaqlanma hadisəsi olub.


Rayonun Seyfəli kənd sakini, 32 yaşlı Taleh Abbasov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Qohumları T. Abbasovun əmisi oğlu tərəfindən mübahisə zəminində bıçaqlandığını bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Apa)

Açar sözlər:

Oxunub: 486