Müəllimin bıçaqlanması haqda xəbər təkzib edildi


03:19     12 Oktyabr 2017 BA41FF04-E64F-4BA2-9AE7-89512FDFD08B.jpeg

Azərbaycan Dövlət Aqrar Universitetində bıçaqlanma hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.


ADAU-nun mətbuat xidmətindən Femida.az -a bildirilib ki, universitetdə bıçaqlandığı deyilən Sənan adlı müəllim işləmir.

"ADAU-da Sənan adlı müəllim işləmir və yayılan xəbərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Bildirmək istərdik ki, ADAU-da ümumiyyətlə bıçaqlanma hadisəsi baş verməyib".

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Azərbaycan Dövlət Aqrar Universitetində Sənan adlı müəllimin kabinetində bıçaqlanması haqda xəbərlər yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 690