İranın iqtisadiyyat naziri Azərbaycana gəlir
19:54 12 Oktyabr 2017
İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycana səfər edəcək.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi APA-ya bildirib ki, səfər 23-24 oktyabrda baş tutacaq.
Onun sözlərinə görə, səfər çərçivəsində Məsud Kərbasian Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər müzakirə ediləcək. M.Kərbasianın dövlət başçısı İlham Əliyevlə görüşü də nəzərdə tutulub.
M.Nəcəfi deyib ki, bu, M. Kərbasianın iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının yeni həmsədri vəzifəsində Azərbaycana ilk səfəridir.
Femida.az
Oxunub: 784
Oxşar xəbərlər
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranın xarici işlər naziri Bakıya gəlir
- İranın Ərbildəki baş konsulluğuna hücum edilib
- İranın keçmiş xarici işlər naziri Türkiyədə vəfat edib
- İranın hərbi gəmiləri Bakı limanını tərk etdi
- İranın vitse-prezidenti Bakıdadır
- İranın Bakıdakı səfirliyindən terrorla bağlı BƏYANAT
- İranın gəmisi piratların əlinə keçib
- İranın raket sınağı uğursuz olub
- İranın müharibədə 2100 hərbçisi ölüb