Bakıdan Naxçıvana qatar gedəcək - Sədr açıqladı


18:06     13 Oktyabr 2017 Cavid%20Qurbanov1.jpg

Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin yaradılması Türkiyə və ya İran üzərindən mümkün ola bilər.


Femida.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
C.Qurbanovun sözlərinə görə, bu layihənin reallaşması üçün iki variant mövcuddur: "Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu isə Türkiyənin ərazisidir və bu layihənin dəyəri 2-2,5 mlrd. dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil".

"Digər tərəfdən, İranda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üçün yol tikilir. Bu yolun maliyyə dəyəri 1 mlrd. dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra, İrandan keçməklə, yəni 1 450 km ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Qeyd edim ki, dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır", - deyə "Azərbaycan Dəmir Yolları" başçısı əlavə edib.

Açar sözlər:

Oxunub: 4661