Əfqanıstanda polis məntəqəsinə hücum - 5 ölü


23:33     13 Oktyabr 2017 efqanistanda.jpg

Əfqanıstanın şimalındakı Faryab vilayətinin Dövlət Abad rayonunda "Taliban" terror təşkilatı üzvləri tərəfindən həyata keçirilən hücumda iki polis və üç gözətçi həyatını itirib.


Dövlət Abad polis rəisi Nemətullah Tofan verdiyi açıqlamada terrorçuların Çaqatak bölgəsindəki polis məntəqəsinə hücum etdiyini söyləyib. Hadisədə iki polis və üç gözətçinin həyatını itirdiyini bildirən Tofan "Taliban"ın hücumu təşkil etməsinə məntəqədə təşkilatla əlaqəli bir polisin kömək etdiyini irəli sürüb.

"Taliban"dan məsələ ilə bağlı hələ ki, hər hansı bir açıqlama verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 715