Əfqanıstanda ABŞ hərbçisi həlak olub


03:46     05 Noyabr 2017 fqanistanda-abs-herbcisi-olduruldu-15353.jpg

Amerika Birləşmiş Ştatlarının hərbi qulluqçusu Əfqanıstanda həlak olub.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı Silahlı Qüvvələrinin qərargahı "facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçu Lohar vilayətində keçirilən əməliyyat zamanı aldığı xəsarətdən ölüb.

Oktyabrın 28-də Lohar vilayətində baş vermiş vertolyot qəzasında da ABŞ-ın hərbi qulluqçusu həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 703