Ağstafada əl qumbaraları tapılıb


21:13     14 Oktyabr 2017 aghstafa-rayonu_1507985821.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Ağstafa rayonu, Göycəli kəndi ərazisində əl qumbarasının olması barədə məlumatlar daxil olub.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Mütəxəssislər tərəfindən həmin ərazidə çay sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 774