Ağstafada iki maşın toqquşub, xəsarət alan var


01:58     02 Dekabr 2017 masin%20qeza_yeni1.jpg

Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın məlumata görə hadisə Bakı-Qazax magistral yolun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 21099” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində bir nəfər sərnişin, rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Ramil Eldar oğlu xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 580