Ali Məhkəmə Rəqsanə İsmayılova haqqında qərar verdi
17:01 02 Sentyabr 2015
İddia məbləğinin təxminən 300 min dollar olduğu bildirilir
Femida.az xəbər verir ki, Azərbaycan Ali Məhkəməsində Faiq Azayevin müğənni Rəqsanə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. “Report”un xəbərinə görə, Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin aktını qüvvədə saxlayıb.
Rəqsanə İsmayılovanın vəkilləri Xaliq Bağırov və Cavad Cavadov məhkəmə qərarına münasibət bildirməyib.
Qeyd edək ki, F.Azayev R.İsmayılovanın ona vurduğu maddi ziyanın ödənilməsini istəyir. Tələb olunan pulun nə qədər olduğu açıqlanmasa da, təxminən 300 min dollara yaxın vəsaitdən söhbət getdiyi bildirilir.
Nizami Rayon Məhkəməsi F.Azayevin müğənniyə qarşı iddiasını qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını dəyişdirib.
Mətbuatda Faiq Azayevlə Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.
Oxunub: 2997
Oxşar xəbərlər
- Aliment ödənişini dayandırmaq mümkündürmü? - CAVAB
- Alimlərə şad xəbər
- Ali Məhkəmənin qarşısında maşın yanır - VİDEO
- Ali Məhkəmə: Vergilər Nazirliyi məhkəmələrin 63,3%-ni uduzub
- Ali məktəb prorektorları attestasiyadan keçiriləcək
- Ali Məhkəmədə hakimlik edənlər – Ən gənc və yaşlı hakim kimdir?
- Ali Məhkəmədə nümayəndənin iştirakına yol verilməyəcək
- Ali Məhkəmə bu işlərə baxmayacaq
- Alimlərə ev verilib
- Alimlər üçün poliklinika yaradılır