Aliment ödənişini dayandırmaq mümkündürmü? - CAVAB


16:25     02 Yanvar 2018 aliment.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu boşanmadan sonra ödənilən alimentin dayandırılmasının mümkün olub-olmaması ilə bağlıdır.

Vətəndaşlardan biri boşanmadan sonra uşaqlar anaya verib. Ata Rafael Quliyev hər uşağa görə 75 manat aliment verir. Hal hazırda heç bir yerdə işləmir. 3-cü qrup əlilliyə görə 47 manat müavinət alır. Başqa sözlə desək, hər ay 150 manat aliment ödəməlidir. Yəni aldığı müavinətdən əlavə 103 manatda olmalıdır ki, bu uşaqlarına məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş məbləği ödəsin. Alimenti ödəmək iqtidarında olmadığını deyən R.Q uliyevin bu durumu ilə bağlı hüquqşünas Elvin Həsənli cavablandırıb:

`Aliment ödəmək öhdəliyi olan şəxsin əlillik dərəcəsi olduğuna və aldığı müavinətin yetərsizliyinə görə aliment öhdəliyindən azad edilməsi qanunda nəzərdə tutulmayıb. Ən azından məhkəməyə işlə təmin olunmaq üçün müraciət etmək olar. Qanunvericilikdə əlillərin işlə təmin olunmasında güzəştlər var, müəssisə və təşkilatlar müəyyən kvotalar ayırmalıdır`.

Məhkəməyə müraciət etmək tam yanlışdır

Hüquqşünasın sözlərinə görə, alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etmək məsələsi tam yanlışdır. Çünki qarşı tərəf qarşılıqlı iddia ərizəsi verərək 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək qanun layihəsinə görə bir uşağa görə 154 manat məbləğində alimetin tutulmasını məhkəmədə mübahisələndirə bilər. Bu halda ata 308 manat aliment ödəməli olacaq. Bu məbləğ valideynin heç bir gəliri olmadıqda tətbiq edildiyini nəzərə alsanız, hal-hazırda ödəyə bilmək maddi şəraitində olmasanız belə, məhkəmə tərəfindən hər uşağa görə 75 manat qərarı ata üçün əlverişli məbləğ sayılmaqdadır. Aliment ödəmək öhdəliyi olan şəxsin əlillik dərəcəsi olduğuna və aldığı müavinətin yetərsizliyinə görə aliment öhdəliyindən azad edilməsi hal-hazırda qanunvericiliyimizdə nəzərdə tutulmayıb.

Amin

Açar sözlər:

Oxunub: 12534