Sürücü iki piyadanı vuraraq hadisə yerində qaçıb
13:25 21 Oktyabr 2017
Bakının Nəsimi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Femida.az “Report”a istinadən xəbər verir ki, 3-cü mikrorayon dairəsində piyada keçidi ilə hərəkət edən 1958-ci il təvəllüdlü Əhmədov Bilal Əşrəf oğlu və 1975-ci il təvəllüdlü Yağvəliyev Sərraf Həsənbala oğlu "90-HG-553" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili tərəfindən vurulub.
Sürücü yaralıları yerdə uzanmış vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralılar taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, B.Əhmədovun vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları axtarışa başlayıb.
Femida.az
Oxunub: 701
Oxşar xəbərlər
- Sürücü sükan arxasında öldü - Gəncədə hadisə
- Sürücü piyadanı öldürüb qaçdı
- Sürücü sükan arxasında döyüldü və qəza törətdi (VİDEO)
- Sürücülərə xəbərdarlıq
- Sürücülərin nəzərinə - Bu yollarda tıxac var
- Sürücülər bu hərəkətə görə cəzalandırılmayacaq
- Sürücü piyadanı vurub qaçdı - FOTO
- Sürücülərlə bağlı qalmaqallı maddə ləğv edilir
- Sürücü söhbətə görə cəzalandırılmayacaq
- Sürücülər dövlət büdcəsinə nə qədər ziyan vurub?