Sürücü sükan arxasında öldü - Gəncədə hadisə


01:12     09 Yanvar 2018 1419625164_qeza-cenubnews-55.jpg

Gəncə şəhərində sükan arxasında infarkt keçirən sürücü qəza törədib.


Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Faiq Muradov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə Dövlət Universitetinin yataqxanasının qarşısındakı hasara çırpılıb.

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi və sükan arxasında infarkt keçirərək dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Açar sözlər:

Oxunub: 888