Sabirabadda qəza, ölən və xəsarət alan var


15:02     21 Oktyabr 2017 qeza%20yeni8.jpg

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə Saatlının Bəylik kənd sakinləri - 1972-ci il təvəllüdlü Abdullayev Əli Hüseynqulu oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Elmir İltifat oğlu xəsarət alıblar. Ə. Abdullayev xəstəxanaya aparılarkən ölüb. E. Abdullayev isə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 692