Kabel oğruları tutuldu


21:05     21 Oktyabr 2017 hebs%20esas%2011105.jpg

Bakıda şirkət və evdən oğurluq edən şəxslər saxlanılıb.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayon 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 16-da Səngəçal qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 700 metr kabeli oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Vəli Vəliyev tutulub.

Nəsimi RPİ 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə oktyabrın 16-da rayon ərazisindəki evlərdən birindən 1800 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Şirinov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 640