Kabel oğruları tutulub


23:58     04 Yanvar 2018 1399714276_cenubnews-hebs-yeni.jpg



DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən “Yeni Zəngilan” qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki alüminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.

Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri - Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təqdim olunublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 667