PKK-çılar yol polisinə hücum etdi: 3 yaralı


14:37     03 Sentyabr 2015 dd36.jpg


Türkiyənin Elazığ şəhərində PKK silahlıları yerli yol polisi idarəsinə hücum edib.

Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə 3 polis əməkdaşı yaralanıb.

Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.

Açar sözlər:

Oxunub: 892