Keçmiş arvadını küçənin ortasında döydü


17:08     29 Oktyabr 2017 qadin%20doyulub.jpg

Bakıda xuliqanlıq hadisəsi baş verib.


Femida.az -ın lent.az-a istinadən verdiyi məlumata görə, Xətai rayon sakini, 41 yaşlı Qərənfil Mustafayeva (ad şərtidir) polisə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı Nazim onu Cavanşir küçəsi 2 ünvanındakı binanın qarşısında döyüb.

Qadın bildirib ki, bir neçə il əvvəl həyat yoldaşından rəsmən boşanıb. Lakin bundan sonra da onlar arasında münaqişələr baş verib.

Müraciət əsasında araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 716