Keçmiş məhkum söyüş üstündə boğazından bıçaqlandı


13:19     13 Noyabr 2017 bicaqlanma0.jpg

Bakının Sabunçu rayonu ərazisində əvvəllər məhkumluq həyatı yaşamış şəxs söyüş söydüyünə görə boğazından bıçaqlanıb.


1964-cü il təvəllüdlü Babayev Nahid Şamil oğlu Ramana qəsəbəsində yerli sakini söyüb.

Nəticədə onların arasında dava düşüb. Bu zaman qarşı tərəf N.Babayevin boğazına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 898