Ağcabədidə partlayış, ölən və yaralanan var (YENİLƏNDİ)


00:57     31 Oktyabr 2017 partlayis%20iran.jpg

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.


Femida.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Boyad kəndində baş verib.

İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.


***


Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Boyad kəndində baş verib.

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 7475