Sarkisyana meyxana deyən azyaşlı Rusiyadan niyə deportasiya edilib? - TƏFƏRRÜAT


21:15     31 Oktyabr 2017 ucarli.jpg


Oğlumun Sarkisyan haqqında dediyi meyxananı Yutuba yerləşdirməyi bizim Rusiyadan deportasiya edilməyimizlə nəticələndi. Bunu Femida.az-a açıqlamasında Rusiyadan Azərbaycana deportasiya olunan Həsənovlar ailəsinin başçısı Mais Həsənov deyib.


Onun sözlərinə görə, uzun müddətdir ki, Rusiyanın Astraxan vilayətinin Axtubinski şəhərində yerləşən Udaçnı kəndində yaşayır. Kiçik övladı da orada dünyaya gəlib. Kənddə təsərrüfatla, maldarlıqla məşğul olan Mais Həsənov bir müddət öncə hüquq mühafizə orqanlarının əməkdaşları ilə problemi yaranıb.

“İllərdir, orada rahat yaşayırdım. Axtubinskinin qeydiyyat şöbəsinin rəisi Sidelnikova Elena Aleksandrovna məndən 200 min rubl tələb edirdi. Mənsə, bu pulun qanunsuz olduğunu və ona verməyəcəyimi deyirdim. Köməkçisi Vladimir Vladimiroviç də bizi çox incidirdi.Bu pulu ödəmədiyimiz üçün bizimlə ədavətləri başladı.Dəfələrlə məni və uşaqları təhqir edirdilər. Mənsə, onlardan yuxarı orqanlara şikayət edirdim.Bu şikayətimə görə mənimlə ədavətləri daha da böyüdü.”

Mais Həsənov bildirib ki, azyaşlı oğlu Mehdinin sosial şəbəkələrdə Ermənistan prezidenti Sarkisyan haqqında dediyi meyxana onlara olan basqıları daha da artırıb.


“ Oğlumu uşaqlıqdan vətənpərvər böyütmüşəm. Onun Sarkisyan haqqında dediyi meyxanadan sonra bizə dedilər ki, Astarxanda qala bilmərik.Yuxarıda adını qeyd etdiyim şəxslər bizim oradan deportasiya olunmağımız barədə məhkəməyə müraciət etdilər. Məni ailəmlə, uşaqlarımla birlikdə müvəqqəti saxlanma kamerasına saldılar. Orada mənə fiziki güc də tətbiq olundu. Daha sonra bizi oktyabrın 17-də Azərbaycana deportasiya etdilər.”





Mais Həsənov həmçinin bildirib ki, orada olan evini də sata bilməyib.

“ Evimi də sata bilmədim. Malım, qoyunum, ev quşlarım hamısı qonşulara qaldı.İndi Ucar rayonunda məskunlaşmışıq. Burada iş üçün İcra hakimiyyətinə müraciət etdim. Məni qəbul edib, dinlədilər.Yaxında işlə təmin olunacağımı bildirdilər.”

Sosial şəbəkələrdə vətənpərvər paylaşımları ilə seçilən Mehdi Maisoğlu isə Sarkisyana rus dilində hazırladığı yeni video-müraciəti saytımıza təqdim edib.O, müraciətində Sarkisyanın Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasını və terror əməllərinin dayandırılmasını tələb edib.






Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 8382