15 cinayət “isti izlər”lə açılıb


00:49     01 Noyabr 2017 cinayet%20bicaqlanma82.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 763