Qalmaqallı məktəb direktoru həbs olunub
01:14 03 Noyabr 2017
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
Oxunub: 759
Oxşar xəbərlər
- Qalmaqallı bazar satılır
- Qalmaqallı layihə deputatları üz-üzə qoydu
- Qalmaqallı xəstəxananın baş həkimi danışdı: `Bu, sifarişdir`
- Qalmaqallı səhnə `Recep İvedik 5`dən çıxarıldı - VİDEO
- Qalmaqallı `Ferma` verilişi niyə efirə getmədi? - AÇIQLAMA
- Qalmaqallı məhkəmə prosesi bitdi – Bəraət hökmü + 200 min təzminat
- Qalmaqallı qanun layihəsi yenidən gündəmdə
- Qalmaqallı məhkəmə sona çatdı - 25 il iş
- Qalmaqallı vəkil Azərbaycana qaçdı
- Qalmaqallı tarix kitabı ilə bağlı açıqlama - RƏSMİ