Qalmaqallı bazar satılır
17:16 13 Dekabr 2017
Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi "Cerkizovo" şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər.
Femida.az "APA-Economics"ə istinadən xəbər verir ki, biznesmen Taylandın "CP Foods" şirkəti və Vadim Moşkoviçə məxsus "Rusaqro" ilə danışıqlar aparır.
"Çerkizovo"nun rəsmisi məlumat təkzib edib.
"CP Foods" isə "Çerkizovo" ilə danışıqların aparılmasına dair şərh vermək istəməsə də, şirkət rəsmisi qeyd edib ki, şaquli inteqrasiyanın qurulmasında maraqlıdır.
"Rusaqro" şirkəti də şərh verməkdən imtina edib.
"Kommersant"ın mənbələri isə iddia edir ki, "Çerkizovo"nun sahibləri şirkətlər qrupunu 2 mlrd. dollar civarında qiymətləndirir.
Qeyd edək ki, "Çerkizovo" şirkətlər qrupuna quşçuluq istehsalı üzrə ixtisaslaşmış 8 klaster, 15 donuz ferması, 4 ət emalı müəssisəsi və s. daxildir. 2016-cı ilin sonuna şirkət bazarın 10%-nə nəzarət edib.
2017-ci ilin yanvar-iyun ayları ərzində "Çerkizovo"nun xalis mənfəəti 5,4 dəfə artaraq 5,1 mlrd. rubla çatıb.
Oxunub: 1425
Oxşar xəbərlər
- Qalmaqallı məktəb direktoru həbs olunub
- Qalmaqallı layihə deputatları üz-üzə qoydu
- Qalmaqallı xəstəxananın baş həkimi danışdı: `Bu, sifarişdir`
- Qalmaqallı səhnə `Recep İvedik 5`dən çıxarıldı - VİDEO
- Qalmaqallı `Ferma` verilişi niyə efirə getmədi? - AÇIQLAMA
- Qalmaqallı məhkəmə prosesi bitdi – Bəraət hökmü + 200 min təzminat
- Qalmaqallı qanun layihəsi yenidən gündəmdə
- Qalmaqallı məhkəmə sona çatdı - 25 il iş
- Qalmaqallı vəkil Azərbaycana qaçdı
- Qalmaqallı tarix kitabı ilə bağlı açıqlama - RƏSMİ