“Putinlə görüşümüz ola bilər” – Tramp səfərə hazırlaşır


14:45     03 Noyabr 2017 putin%20tramp.jpg

ABŞ prezidenti Donald Tramp Vyetnamda keçiriləcək Asiya Sakit okean İqtisadi Əməkdaşlığı Zirvəsində (APEC) Putinlə görüşmək istədiyini bildirib.


Bu barədə Femida.az xarici mətbuata istinadən xəbər verir.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Qerbert Makmaster bu barədə konkret razılaşma olmadığını deyib.

"Bu, çox vacib bir səfərdir. Putinlə görüşümüz ola bilər. Onlar bizə Şimali Koreya, Suriyada yardım edə bilərlər. Biz Ukraynadan danışmalıyıq", - bunu isə Tramp mətbuata açıqlamasında bildirib.

Oktyabr ayının sonunda Ağ Ev Trampın Putinlə görüşmək istədiyini bildirmişdi.

Qeyd edək ki, APEC ölkələri liderlərinin sammiti 6-11 noyabr tarixlərində Dananq şəhərində keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 719