Paytaxt sənayesinin həcmi 24 mlrd. manata çatıb


20:00     04 Noyabr 2017 manat02.jpg

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,1% azalaraq 24 mlrd. manat təşkil edib.


Bakı Şəhər Statistika İdarəsindən Femida.az-a verilən məlumata görə, sənaye məhsulunun 81,7%-i mədənçıxarma, 15,9%-i emal, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,3% olub. Ümumi istehsalın 86,2%-i sənaye məhsulunun istehsalı, 13,8%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-i vəziyyətinə 365,7 mln. manatlıq hazır məhsul olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,8 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Femida.az

Açar sözlər:

Oxunub: 592