Qusar sakini qonşunun tövləsini yandırıb


20:21     04 Noyabr 2017 1431007777_yangin-hadisesi-bash-verib.jpg

Qusarda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də saat 01.00 radələrində Qusar rayonunun Üzdən-oba kəndində yaşayan Yarmət Nurmətovun həyətindəki sahəsi 48 kvm. olan yardımçı təsərrüfat yandırılıb. Nəticədə yanar konstruksiyalar yanıb, oradakı 1 baş inək tələf olub.

Hadisəni törətməkdə şübhəli bilinən qonşuluqda yaşayan yeniyetmə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1071