Arvad ərini baltalayaraq öldürdü - BAKIDA DƏHŞƏT
13:02 08 Noyabr 2017
Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Femida.az `Report`a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb. Hadisəni törədən qadın (ad-soyad açıqlanmır) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Bildirilir ki, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.
Ər və arvadın birgə nikahdan iki övladı var.
Femida.az
Oxunub: 2804
Oxşar xəbərlər
- Arvadının cehizini oğurlayıb satdı - Bakıda
- Arvadının gözləri qarşısında öldürdülər
- Arvadının başını kəsib ölkədən qaçmaq istədi - Bakıda dəhşət
- Arvadına zəng edən şəxsi döydü, lüt soyundurdu, sonra... - Kürdəmirdə İNANILMAZ OLAY
- Arvadını və 4 qızını öldürən qatil ataya ən ağır cəza veriləcək
- Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Salyanda DƏHŞƏTLİ QƏTL
- Arvadını döyüb xəstəxanalıq etdi
- Arvadını öldürüb qaçıran şəxs tutulub
- Arvadını boğub öldürmüşdü - Cəzası azaldıldı
- Arvadını öldürən şəxs polisə təslim oldu