Rusiya Azərbaycandan keçirilən 20 ton tütünü geri qaytardı
13:32 11 Noyabr 2017
Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq-Qazmalar" gömrük buraxılış məntəqəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri Azərbaycandan aparılan 20 ton qıcqırdılmış tütün məhsulunu saxlayıblar.
Femida.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, daşınan tütünün sənədləri saxta olub, ona görə də, yük Rusiya ərazisinə buraxılmayıb.
Məhsul sahibinə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi üzrə (Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması) inzibati protokol tərtib olunub.
Bildirilir ki, ilin əvvəlindən Dağıstan müfəttişləri Azərbaycandan 70 tondan çox xiyar, pomidor, nar və digər məhsulların Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.
Femida.az
Oxunub: 1135
Oxşar xəbərlər
- Rusiya aviabazasına böyük zərbə - Suriyada
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiya səfirininin ölümü ilə bağlı HƏBS QƏRARI
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiya polisi `Lotu Quli`ni axtarır
- Rusiya Kamçatkada yeni ordu yaradır
- Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi
- Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu - VİDEO