Konstitusiya Məhkəməsinin Plenumu 363 qərar qəbul edib


13:42     11 Noyabr 2017 405929545.jpg

"Konstitusiya Məhkəməsinin Plenumu fəaliyyət göstərdiyi illər ərzində ümumilikdə 363 qərar və 90 qərardad qəbul edib".


Femida.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub.

F.Abdullayev vurğulayıb ki, Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlarda konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1086