Konstitusiya Məhkəməsi şikayətə baxıb


20:35     28 Noyabr 2017 1398947325_mehkeme3.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az -a verilə məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş V.Kiçibəyovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 20-nə təyin edilmiş iclasında baxılacaq.

Açar sözlər:

Oxunub: 628