Xəzərdə itkin düşmüş balıqçıların meyiti tapılıb


22:50     12 Noyabr 2017 deniz61.jpg

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış hər iki vətəndaşın meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, F. Hüseynzadə və S. Qurbanovun meyitləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1011