Təhsil İdarəsi işçi axtarır
00:00 14 Noyabr 2017
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edib.
İdarədən Femida.az -a verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər noyabrın 13-dən https://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bildirilib ki, 10 gün davam edəcək qeydiyyat prosesi noyabrın 23-də saat 14:00-da başa çatacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Oxunub: 1086
Oxşar xəbərlər
- Təhsil Nazirliyində yeni təyinat
- Təhsil işçiləri üçün bina tikintisinə start verildi
- Təhsil Şöbəsinə yeni müdir təyin edildi
- Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
- Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA
- Təhsil Nazirliyi statistika açıqladı - 15 767 müraciət
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil Nazirliyi Tarix İnstitutuna qarşı - Dərslik qalmaqalı böyüdü
- Təhsil Nazirliyi Rəhiməni belə təbrik etdi