Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
20:20 24 Dekabr 2017
Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edib.
Femida.az -ın APA-ya istinadən xəbərinə görə, indiyə qədər ümumtəhsil məktəbində təhsil verənlərin və təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilibsə, bundan sonra ümumtəhsil məktəbində təhsil verənlərin attestasiyasının, təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsil alanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyən olunacaq.
Ali təhsil müəssisələrinin bakalavriat pilləsinə yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları da artıq Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək.
İndiyə qədər orta ixtisas təhsili pilləsində tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilibsə, bundan sonra ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsil alanların attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə bu qərarlara dəyişiklik edib.
Oxunub: 2034
Oxşar xəbərlər
- Təhsil Nazirliyində yeni təyinat
- Təhsil işçiləri üçün bina tikintisinə start verildi
- Təhsil Şöbəsinə yeni müdir təyin edildi
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA
- Təhsil Nazirliyi statistika açıqladı - 15 767 müraciət
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil Nazirliyi Tarix İnstitutuna qarşı - Dərslik qalmaqalı böyüdü
- Təhsil Nazirliyi Rəhiməni belə təbrik etdi