Salyanda qaz sızması yanğına səbəb oldu - YARALI VAR


18:48     15 Noyabr 2017 mese_yangini_0367.jpg

Salyan rayonunda borudan sızan qazın alışması nəticəsində 3 m² sahədə ağac qırıntıları yanıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Qaz xətti və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 476