Gəncədə əlillər üçün treninq keçirilib


02:43     16 Noyabr 2017 15107488211867532175_1000x669.jpg

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı peşə liseyində gənclər, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində isə əlillər üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün araşdırma və inkişaf fəaliyyətinin genişləndirilməsi məqsədilə keçirilən treninqlər biznes ideya, biznes planların hazırlanması, marketinq və menecment mövzularını əhatə edib.

Treninqlərdə biznes ideyanın həyata keçirilməsi yolları, biznes plan, marketinq sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti və sair barədə əhatəli məlumat verilib.

Tədbirlərdə qadınlar üçün biznes inkubatorların yaradılması təşviq edilib, biznes inkubatorların yaratdığı imkanlardan bəhs olunub.

Treninqlər çərçivəsində iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və digər məlumatlar əldə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 811